Fotos
Bakıda II Beynəlxalq Ailə və Uşaq Psixologiyası konfransı keçirilib
İyn 12 , 2018 | 09:04 / Mühüm hadisələr
Oxunma ( 4926 )

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ), Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Narınc Uşaq Psixologiya Mərkəzinin (NUPM) birgə təşkilatçılığı ilə II Beynəlxalq Ailə və Uşaq Psixologiyası konfransı keçirilib.

Konfransda AMEA GAMŞ, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və bir sıra özəl psixoloji və nitq inkişaf mərkəzlərinin nümayəndələri iştirak ediblər.

 GAMŞ sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov  çıxış edərək konfransın əsas məqsədinin son zamanlar Azərbaycanda və dünyada aktuallıq daşıyan ailə və uşaq psixologiyasına dair problematik məsələlərin müxtəlif aspektli müzakirəsini daha böyük miqyasda təmin etmək olduğunu bildirib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, E.N.M Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov və digərləri çıxış edərək mövzunun əhəmiyyətindən danışıblar. Bildirilib ki, konfrans son zamanlar ölkəmizdə və dünyada aktual olan ailə və uşaq psixologiyası sahəsindəki problemlərin müxtəlif aspektdən müzakirəsini daha böyük miqyasda təmin etmək baxımından önəmlidir.

İki gün davam edən konfransda NUPM-in rəhbəri, psixoloq Narınc Rüstəmovanın "Uşaqlarımızı böyüdərkən etdiyimiz səhvlər", türkiyəli psixoloqlar - Demet Bozokun "Uşaq şəkil analizi təhsili", Mehmet Ongunun "Autizmli uşaqlarda dil və nitq terapiyası", Tanju Ekincinin "Ailə münasibətlərində qarşıdurmalar və onların həll yolları" və Oytun Erbaşın "Sevgi və əlaqə nevrologiyası" mövzusunda məruzələri dinlənilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.