Fotos
“Magistr – 2018” müsabiqəsi qaliblərinə mükafatlar verildi
İyn 29 , 2018 | 06:45 / Mühüm hadisələr
Oxunma ( 4189 )

AMEA Rəyasət Heyətinin iyunun 29-da keçirilən iclasında Akademiyanın prezidenti, akademik Akif Əlizadə "Magistr-2018" müsabiqəsinin qaliblərinə mükafatları təqdim edib.

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2018” müsabiqəsi AMEA prezidentinin 23 yanvar 2018-ci il tarixli sərəncamına əsasən keçirilib. Müsabiqədə 47 magistrant iştirak edib.

Qaliblərin müəyyən olunmasında Ekspert Komissiyası bir sıra meyarları, o cümlədən tələbələrin magistraturaya qəbul imtahanında topladığı balları, onların imtahan sessiyalarında qazandıqları ümumi orta müvəffəqiyyət göstəricilərini, yerli və xarici jurnallarda nəşr olunmuş elmi məqalələrini, təcrübəkeçməni, konfrans və ictimai tədbirlərdə iştirakını nəzərə alıb.

Beləliklə, “Magistr-2018” müsabiqəsinin nəticələrinə görə I yerə Genetik Ehtiyatlar İnstitutunun II kurs magistrantı Gültəkin Qaraca qızı Əhmədova, II yerə Aşqarlar Kimyası İnstitutunun II kurs magistrantı Sevinc Əliqismət qızı Həsənli, III yerə isə Dilçilik İnstitutunun II kurs magistrantı Böyükxanım Azər qızı Əsgərova layiq görülüblər. Qaliblərə I yer üçün 1500 manat, II yer üçün 1000 manat, III yer üçün isə 500 manat məbləğində pul mükafatları və sertifikatlar təqdim edilib.

İdarəetmə Sistemləri İnstitutunun II kurs magistrantı Lamiyə Həmzə qızı Nəcəfova, Riyaziyyat və Mexanika İnstitutunun I kurs magistrantı Xəyalə Məmmədağa qızı Qədirova və Botanika İnstitutunun I kurs magistrantı Lalə Zəkai qızı İsgəndərovaya isə həvəsləndirici mükafatlar verilib. Qaliblərin hər birinə sertifikat və 300 manat məbləğində pul mükafatı təqdim edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.