Fotos
Gənc kimyaçılar üçün kimyanın aktual problemləri ilə bağlı interaktiv müzakirələr keçirilib
İyl 05 , 2018 | 02:54 / Mühüm hadisələr
Oxunma ( 3717 )

AMEA Kimya Elmlər Bölməsi və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə kimya sahəsində tədqiqatlar aparan gənclər üçün təşkil olunan “Gənc kimyaçıların yay məktəbi – 2018” adlı tədbir çərçivəsində kimyanın aktual mövzularına həsr olunan interaktiv müzakirələr təşkil olunub.

Tədbirin rəsmi açılışından sonra 4 aktual mövzuda məruzələr dinlənilib, gənc kimyaçılar arasında fikir mübadiləsi aparılıb.

Gənc kimyaçılar bu müzakirələr zamanı müxtəlif elmi-intellektual və əyləncəli tədbirlərdə iştirak etməklə kimya elminin yeni prioritetlərinə dair biliklərini təkmilləşdirmişəcək, habelə yay mövsümündə vaxtlarını səmərəli keçirəcəklər. Belə ki, ilk günlərdə prioritet istiqamətlərlə bağlı AMEA-nın kimya bölməsinə daxil olan elmi müəssisələrdə aparılan tədqiqatların nəticələri yay məktəbində müzakirə ediləcək.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.