AMEA-da TUBİTAK ilə müştərək elan olunan Layihə Müsabiqəsi ilə əlaqədar geniş müzakirələr aparılıb
İyl 19 , 2018 | 02:00 / Elmi müsabiqələr
Oxunma ( 208 )

Məlum olduğu kimi, cari ilin may ayında AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) əməkdaşlığı üzrə Müştərək Proqram çərçivəsində yeni layihə müsabiqəsi elan edilib. Müsabiqəyə əsasən, AMEA-nın elmi müəssisələrinin əməkdaşları Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və institutlarından olan həmkarları ilə birlikdə ingilis dilində hazırlanmış layihələrini müvafiq olaraq AMEA və TÜBİTAK-a təqdim etməlidirlər.

İyulun 19-da AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə akademiyanın Əsas binasında AMEA və TÜBİTAK arasında elan olunmuş bu layihə ilə əlaqədar görüş keçirilib. Əsas məqsəd layihənin şərtləri, həyata keçirilmə müddəti, qiymətləndirmə kriteriyası, büdcə və digər məsələlər ətrafında müzakirə aparmaq idi.

Görüşdə AMEA-nın elmi müəssisə və təşkilatlarının Beynəlxalq əlaqələr şöbələrinin müdirləri və mütəxəssisləri iştirak ediblər.

Öncə Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva çıxış edərək müsabiqənin rəhbərlik etdiyi idarə tərəfindən elan olunmuş 4-cü müştərək layihə olduğunu bildirib. Qeyd edib ki, layihə təklifləri 31 avqust 2018-ci il tarixinə qədər Beynəlxalq əlaqələr idarəsi tərəfindən qəbul edilir, sentyabrın 14-dək isə imzalanma forması həyata keçiriləcək. Onun sözlərinə görə, seçilən layihələr üçün ayrılmış maliyyə vəsaiti layihə çərçivəsində Türkiyəyə ezamiyyət xərclərini ödəmək üçün nəzərdə tutulur.

E.Əlirzayeva Müştərək Layihə Müsabiqəsinin istiqamətləri, əsas məqsədi və şərtləri haqqında da məlumat verib. Bildirib ki, təqdim edilən layihələr həm Türkiyə, həm də Azərbaycan elmi üçün böyük əhəmiyyət və maraq kəsb edir. Alim, həmçinin layihədə Türkiyə tərəfindən partnyorların iştirakının vacibliyini vurğulayıb.

Daha sonra Beynəlxalq əlaqələr idarəsinin əməkdaşı Elçin Seyfullayev ikitərəfli müştərək proqramda iştirak qaydaları, layihələrin hazırlanması və təqdim edilməsinə tələblər, onlayn qeydiyyat və ərizə formalarının doldurulması ilə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda geniş fikir mübadiləsi aparılıb, mövzuların seçilməsi, iş planının hazırlanması və ezamiyyətlərin təşkilinə dair çoxsaylı suallar cavablandırılıb.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.