Yeni monoqrafiya kimyaçı alimlər tərəfindən maraqla qarşılanıb
İyl 21 , 2018 | 10:22 / Elmi nəşrlər
Oxunma ( 3285 )

 Azərbaycan Milli Elmlər Akademiyasının

 Kimya Elmləri Bölməsinin

 akademik-katibi v.i.e.,

akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun

direktoru, akademik Vaqif Fərzəliyev

 

Təbiət elmlərindən sayılan Kimya elmi Azərbaycanda ən tez oturuşmuş, geniş vüsət tapmış və inkişaf etmiş elmdir. Bu da kimya sahəsində çalışan ölkəmizin görkəmli akademik alimləri  Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Vahab Əliyev, Əli Quliyev və başqalarının kimyanın müxtəlif sahələrində dünya miqyasında tanınmış məktəblər yaratmasının məntiqi nəticəsində mümkün olmuşdur.

Sovet dövründə Azərbaycan kimyaçıları SSRİ Elmlər Akademiyasının və bir sıra respublikaların Elmlər Akademiyasının kimya institutları ilə elmi əlaqələri var idi.

Bu məktəblər çərçivəsində yeni-yeni gənc istedadlı kimyaçılar fəaliyyət göstərmiş, inkişaf etmiş və yüksək elmi dərəcə və ad qazanmışlar. Bu alimlər eyni zamanda Azərbaycan elminin SSRİ-nin müxtəlif elmi mərkəzləri ilə əlaqələri genişləndirib inkişaf etdirirdilər.

Belə alimlərdən biri kimya üzrə fəlsəfə doktoru, professor İsmayıl Əliyevdir. O, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə ixtisas fənnindən əla qiymət almaqla qəbul olmuş, 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Universitetdə saxlanılaraq üzvi kimya kafedrasında üç ay baş laborant vəzifəsində işləmiş, 01.12.1970-01.12.1973-cü illərdə həmin kafedranın əyani aspiranturasında oxumuşdur.

1976-cı ilin may ayında Azərbaycan Dövlət Universitetində 02.00.03 - Üzvi kimya ixtisası üzrə “İkivalentli kükürdün aromatik törəmələrində elektron effektlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiya işi müdafiə edib.

1965-ci ildən başlayaraq bütün həyatı Bakı Dövlət Universiteti ilə bağlı olub. Aspiranturanı bitirdikdən sonra yenə təyinatla Universitetdə saxlanılmış, laborant, axşam və qiyabi şöbədə metodist, 1979-cu ilin sentyabrından başlayaraq BDU-nun Üzvi kimya kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifəsinə qədər həyat yolu keçmişdir.

1990-cı ildə İrkutsk Dövlət Universitetində (Şərqi Sibir) 02.00.03 - Üzvi kimya ixtisası üzrə “Arentiolların, onların törəmələrinin və analoqlarının kimyası və fiziki-kimyası” mövzusunda doktorluq dissertasiya işi müdafiə edib. Hal-hazırda həm də həmin kafedranın professorudur.

İ.Əliyevin tədqiqat sahəsi kükürdün II, IV və VI valent vəziyyətdə aromatik törəmələri kükürd üzvi birləşmələrin fiziki-kimyəvi xassələri ilə reaksiya qabiliyyətləri arasında ən münasib obyektdir. Məqsədyönlü yanaşma sayəsində 500-dən artıq arentiolların, onların törəmələrinin analoqlarının funksional əvəz olmuş törəmələri sintez edilərək geniş və hərtərəfli müasir fiziki tədqiqat üsulları ilə tədqiq edilərək maraqlı və əhəmiyyətli elmi nəticələr əldə edilmişdir. Üçlü alkilarılsulfidlərin yeni alınma üsulları müəyyən edilmişdir. Kükürd üzvi birləşmələrin elektrofil bromlaşma, asilləşmə, nitrolaşma reaksiyaları öyrənilmişdir. Bu üzvi maddələrdən 300-dən artığı ilk dəfə olaraq onun tərəfindən sintez edilmiş, bəzi üzvi maddələrin tətbiq sahələri müəyyən olunmuşdur. İlk dəfə olaraq alkiltioarıketoksimlər əsasında "Trofimov reaksiyası" asetilen, vinilhalogenidlər və 1,2-dibrompropanla öyrənilərək əvvəllər məlum olmayan alkiltioarılpirrollar və onların N-vinil törəmələri sintez olunaraq tətqiq olunmuşdur. Sintez edilmiş ariltioasilatlar neft məhsullarında antimikrob aşqar kimi, bəzi arilorqanilsulfidlərin isə sürtkü yağlarına aşqar kimi tətbiq sahəsi tapılmışdır. Tərkibində kükürd saxlayan yeni pirollar analitik reaktiv kimi perspektivdir. Aparılmış tədqiqatlar gələcəkdə məqsədyönlü şəkildə arzu olunan xassəyə malik oıan maddələrin sintezinə imkan verir.

O, 250 elmi əsər, o cümlədən 3 dərslik, 5 dərs vəsaiti, 9 patent və 2 müəlliflik şəhadətnaməsinin müəllifidir.

SSRİ dövründə Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin A.E.Favorski adına İrkuts Kimya İnstitutu ilə başladığı əməkdaşlığı Sovetlər İttifaqı dağıldıqdan sonra və bu günə kimi davam etdirmiş və birgə əməkdaşlığın bəhrəsi olaraq üzvi kimya sahəsində yüksək nəticələr əldə etmişdir. Uzun illərin uğurlu əməkdaşlığı üzvi kimyaya dəyərli tövhə verən monoqrafiyanı ərsəyə gətirib.

 Bakı Dövlət Universitetinin professoru İ.Ə.Əliyevin və Rusiya Elmlər Akademiyası (REA) Sibir bölməsinin A.E.Favorski adına İrkutsk Kimya İnstitutunun əməkdaşları k.e.n. L.A.Oparina və akademik B.A.Trofimov ilə birgə  “Aromatik tiollar və onların törəmələri “(И.А.Алиев, Л.А.Опарина, Б.А.Трофимов «Ароматические тиолы и их производные» Novosibirsk. Akad. Nəşriyyat “Гео”, 2018-295c.) monoqrafiyası N.D.Zelinski adına Üzvü Kimya İnstitutunun direktoru,REA-nınKimya və Materialşünaslıq bölməsinin akademik katibi, “Успехи химии”jurnalınınBaş Redaktoru akademik Mixail Petroviç Yeqorovun redaktorluğu ilənəşr olunmuşdur.

Monoqrafiyanın rəyçiləriREA Ural bölməsinin Üzvü Sintez İnstitutunun keçmiş direktoru, laboratoriya müdiri,Ural Dövlət Texniki Universitetinin Üzvü kimya kafedrasının müdiri, akademik Oleq Nikolayeviç Çupaxin, k.e.d.,prof. N.K.Qusarova və k.e.d.,prof.C.V.Amosovadır. BDU-nun professoru İ.Ə.Əliyevin həmmüəllifi olduğu monoqrafiya onun 50 il ərzində “Aromatik tiollar və onun törəmələri” sahəsində apardığı fundamental elmi tədqiqat işinin bir hissəsidir.

Monoqrafiya aromatik tiolların və onların yaxın törəmələrinin-sulfidlərin, sulfoksidlərin, sulfonların, o cümlədən müxtəlif funksional qruplutörəmələrinin-asil, tioasil, alkoksid, mürəkkəbefir, hidroksil, həmçinin halogenlibirləğmələrininkimya və fiziki-kimyasının aktual aspektlərinəhəsr olunmuşdur. Bir sıra hallardamüqayisə üçün oksigen və selen törəmələri də sintez edilmişdir. Əsas diqqət sintez üsullara ənənəvi klassik, həmçinin yeni, əsasən keçid metalların katalizator kimi tətbiq edilməklə yeni birləşmələrin sintezinə və alınmış maddələrin reaksiyaya girmə qabiliyyətilərinin tədqiqinə yönəlmişdir. Hər fəslin sonunda aromatik tiolların və onların törəmələrinin ən əhəmiyyətli nümayəndələrinin  sintezi reaksiyalarının nümunələri göstərilir.Kitabın əhəmiyyətlihissəsini  nəzəri suallar müxtəlif valentli kükürd atomlarının qonşu aromatik fraqmentlərlə necə qoşulmasının müzakirəsi təşkil edir.

Konformasiya və elektron effektlərinin öyrənilən birləşmələrin spektral (NMR, İQ, UB, NKR) və elektrokimyəvi xarakteristikalara təsirləri və onların kükürd atomuna birləşmiş aromatik fraqmentlərvasitəsiləəvəzləyicilərin təsir effekləri analiz edilir.

Xüsusi fəsildə aromatik tiollar və onların törəmələrinin əsas praktik tətbiq üsullarına, o cümlədən dərman, yüksək texnoloji materiallar, üzvü sintezlərdə ilkin maddələr kimi analitik reagentlər, yağ və yanacaqlara aşqarlar və s.sahələrdəistifadəsi üsullarına baxılır.

Monoqrafiya kimyaçı-sintetiklər, fiziki kimyaçılar,polimer kimyası və farmokologiya sahəsində çalışan kimyaçılaraünvanlanmışdır. Kitab həmçinin injener-texnoloqlar, biznesmenlər, element kükürdün utilizasiyası ilə məşğul olanlar, müəllimlər, doktorantlar, magistrantlar və tələbələr üçün faydalı ola bilər.

Sözügedən monoqrafiyanın ərsəyə gəlməsi Azərbaycan elminin dünya elminə inteqrasiyasının bariz nümunəsidir, professor İsmayıl Əliyevin simasında Azərbaycan alimlərinin dünya alimləri sırasına daxil olmasının sübutudur.

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.