22 iyul Milli Mətbuat Günüdür!!!
İyl 22 , 2018 | 08:04 /
Oxunma ( 1128 )

Bu gün Milli Mətbuat Günüdür. Tariximizin şanlı səhifələrini geri varaqladıqda ilk olaraq yaradılmasının 143 ilini geridə qoyan mətbuatımızın keçdiyi çətin və şərəfli yolu görürük.

Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı əksər dövrlərdə  cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. "Əkinçi"dən sonra işıq üzü görən qəzet-jurnallarımızın hamısı milli mətbuat tariximizin həmin gündən başlandığını birmənalı olaraq qəbul etdilər, Zərdabi yoluna və məramına sadiq qalmağa çalışdılar. "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Dəbistan", "İrşad", "Tazə həyat", "Molla Nəsrəddin", "Tərəqqi", "Həqiqət", "Məktəb", "Açıq söz" kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. Azərbaycan milli mətbuatının tarixini qədirbilən xalqımız isə həmişə diqqət və məhəbbətlə yad etmiş, onun təcrübəsi, ənənəsi yazarların yeni-yeni nəsillərinin fəaliyyətində əsas ötürülməklə, bu günümüzə çatdırılmışdır.

Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. Yarandığı 143 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə malik olması, Şərq və Qərb sivilizasiyasının qovuşduğu məkanda formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. 143 il əvvəl xalqın zəruri tarixi tələbatından yaranmış və ötən dövrdə onun köklü maraqlarına xidmət etmiş milli mətbuatımızın pozulmaz-dəyişməz amalı, tarixi təcrübəsi, gərəkli ənənələri və şəksiz xidmətləri deməyə əsas verir ki, Azərbaycan cəmiyyətinin hərtərəfli tərəqqisi və modernləşdirilməsi dövrünün vəzifələrini də jurnalistikamız uğurla yerinə yetirəcək. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərir, onlar vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar.

Milli mətbuatımız bütün digər sahələrdə olduğu kimi elm və elmi biliklərin cəmiyyətdə təbliğində əhəmiyyətli rol oynayıb. Elmin piarını yüksək səviyyədə təşkil etmək isə əsasən də elmi jurnalistlərin üzərinə düşən vəzifə olub, desək heç də yanılmarıq. Sözün əsl mənasında burada əsas yük, məsuliyyət müxbirlərin üzərinə düşür. Elmin cəmiyyətə nüfuzu çoxmilyonlu oxucu, dinləyici və izləyici sayəsində mümkün olur ki, burada əsas rolu qələm sahibləri oynayırlar. Onların işi elm, media və cəmiyyət arasında ünsiyyət, kommunikasiya yaratmaqdır.  Çünki elmi bilikləri biz alimlərdən alaraq populyarlaşdırıb cəmiyyətə ötürən məhz sizlərsiniz.

Əziz dostlar, əziz mətbuat nümayəndələri. AMEA Gənc Alim və Mütəxəssislər Şurası olaraq Sizi 22 iyul Milli Mətbuat günü münasibətilə səmimi qəlbdən təbrik edir, olduqca şərəfli, məsuliyyətli vəzifənizdə uğurlar yeni yeni nailiyyətlər arzulayırıq. Sizlərlə əməkdaşlıq etməkdən qürur duyuruq. Şərəfli peşə bayramınız mübarək!!!

 

AMEA Gənc Alim və Mütəxəssislər Şurası

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.