Magistratura üzrə boş qalan yerlərə qəbul aparılacaq
İyl 31 , 2018 | 11:03 /
Oxunma ( 1928 )

“Magistratura pilləsi üzrə boş qalan yerlərə ərizə qəbulu 7 avqustdan etibarən aparılacaq”. AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mediaya açıqlaması zamanı deyib. Onun sözlərinə görə, artıq ərizə qəbulunun zamanı bəllidir:

“Magistratura pilləsi üzrə boş qalan yerlərə ərizə qəbulunun başlamasına az müddət qalıb. Həmin yerlərə ərizə qəbulu avqustun 7-dən etibarən başlayacaq”.

Xatırladaq ki, müsabiqə şərtlərini ödəyən tələbələr üçün magistratura pilləsinə ixtisas seçimi iyulun 11-də başa çatıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.