Müəllimlərin işə qəbulu üzrə vakansiyalar elan olunacaq
Avg 02 , 2018 | 08:46 /
Oxunma ( 42 )
Bu gündən müəllimlərin işə qəbulu üzrə vakansiyalar elan olunacaq. Bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnsititundan AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, vakansiya seçimi avqustun 8-nə qədər davam edəcək.
İşə qəbul üçün 7 mindən artıq vakansiya ayrılıb.  Vakansiyaların 90%-ə qədəri Azərbaycan, 10%-i Rus bölməsi üzrədir. Onların 60%-i həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi yerlər, 40% isə tətbiq edilmədiyi yerlər üzrə nəzərdə tutulub.
Vakansiya seçimində keçid balını toplayan, ötən ilin nəticələri əsasında müsabiqədə iştirak etmək istəyən və 10 ildən artıq fasiləsiz pedaqoji fəaliyətlə məşğul olan namizədlər iştirak edə bilərlər.
Qeyd edək ki, müsahibə mərhələsi avqustun 13-də start götürəcək.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.