Dokorant və gənc tədqiqatçıların XXII Respublika Konfransı keçiriləcək
Avg 15 , 2018 | 06:08 / Mühim hadisələr
Oxunma ( 1168 )

Doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə Təhsil naziri “Doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransı”nın keçirilməsi barədə 08.06.2018-ciil tarixli F-408 nömrəli əmr imzalamışdır. Həmin əmrin 3-cü bəndində ali təhsil müəssisələrinin rəhbərlərinə  doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin 2018-ci il 1 oktyabr tarixinədək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim edilməsinin təmin edilməsi tapşırılmışdır.

Məlumat üçün bildiririk ki,  konfransda hüquqi-təşkilati formasından asılı olmayaraq, respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində fəlsəfə doktorları proqramı üzrə  təhsil alan doktorantlar və tədqiqatçılar, o cümlədən  əcnəbi doktorant və dissertantlar iştirak edə bilərlər. Konfrans iştirakçıları ali təhsil müəssisələri tərəfindən göndərilirlər. Hər iştirakçı yalnız bir məruzə təqdim edə bilər. Konfransa təqdim edilən işlərin konfransa qədərki müddətdə kafedra iclaslarında müntəzəm müzakirələr aparılmalı, konfransın bölmə iclaslarında  doktorant və tədqiqatçıların elmi rəhbərlərinin  və müvafiq ixtisaslar üzrə professor-müəllim heyətinin geniş iştirakı təmin olunmalıdır.  Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Doktorant və dissertantların təqdim etdiyi məruzələr ali təhsil müəssisələrinin kafedra iclaslarında elmi ekspertizadan keçirilməli, kafedranın iclas protokolunun qərarı, elmi rəhbərin rəyi məruzəyə əlavə olunmalıdır. Rəydə məruzədə şərh olunan elmi nəticələrin dürüstlük dərəcəsi, məruzənin  müvafiq ixtisasa uyğunluğu və onun praktik əhəmiyyəti qeyd olunmalıdır. Plagiatlıq faktları aşkar edildikdə həmin məqalənin nəşri  dayandırılır. Konfransa təqdim edilən tezislər kafedralar tərəfindən ümumiləşdirilərək  ali təhsil müəssisələrinin elmi işlər üzrə prorektoruna təqdim edilməlidir. Məruzələr ali təhsil müəssisələri tərəfindən rektorun təqdimatı ilə birlikdə Respublika elmi konfransının Təşkilat Komitəsinə təhvil verilir. Konfrans iştirakçıları Təşkilat komitəsi tərəfindən seçilir. Konfransa təqdim edilən məruzədə  problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin  seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə verilir.

Konfransa təqdim olunan  məruzə  aşağıdakı tələblərə uyğun tərtib edilir:

–  Azərbaycan və ya rus dilində yazılır və 2 nüsxədə (elektron variantı əlavə olunmaqla) Təşkilat komitəsinə təqdim edilir;

– Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılir, A4 formatlı standart (210×297 mm) ağ kağızda çap olunur;

– Məruzənin mətni 3 səhifəyə qədər  olmalıdır;

– Mətnin əvvəlində sağdan doktorantın (tədqiqatçının)  soyadı, adı və atasının adı, onun altında  ali təhsil müssisəsinin adı, onun altında, mərkəzdə məruzənin adı, yazılır.

Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir:

  • Ədəbiyya tsiyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
  • İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
  • Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir.
  • Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidir.
  • İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir (Məsələn,  2, səh.222).

Ən azı bir xarici ədəbiyyata istinad arzu olunandır.

Məruzə tezisinin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və  rus dillərində, rusdilində yazılmış məruzələrə isə  Azərbaycan və ingilis dillərində)  xülasə verilir. Xülasələr bir-birinin eyni olmamalı və məruzənin məzmununa uyğun gəlməlidir. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin və müəllifin adı göstərilməlidir.

Hər bir məqalədə UOT indekslər və ya PACS tiplik odlar və açar sözlər göstərilməlidir. Açar sözlər üç dildə (məqalənin və xülasələrin yazıldığı dillərdə) verilməlidir.

Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan1  mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi, müəssisənin müvafiq kafedrasının şöbəsinin) iclas protokolundan çıxarış və əlavədə göstərilən forma üzrə anket doldurulub  əlavə edilməlidir.

Ali təhsil müəssisələri  tezisləri konfransın bölmələrinə ümumiləşdirərək elektron formada təqdim etməlidirlər.

Konfransın bölmələri:

Riyaziyyat və fizika

Kimya- biologiya və aqrar elmlər

Tibb

Energetika və neft qaz

İnformatika və avtomatika

Mexanika və maşınqayırma

İqtisadiyyat

Fəlsəfə, sosiologiya və politologiya

Hüquq

Tarix

Ffilologiya

Geologiya, coğrafiya və ekologiya

Pedaqogika və psixologiya

Memarlıq və inşaat

Musiqişünaslıq və mədəniyyətşünaslıq

Yuxarıda göstərilən tələbləri ödəməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilmir. Çap üçün qəbul olunmamış məruzələr haqqında izahat və rəy verilmir, məruzə, əlavə olunan sənədlər  geri qaytarılmır.

Tezislərin təqdim olunması üçün son tarix  cari ilin 1oktyabr olduğunu nəzərə alaraq  bildirmək istəyirik ki, sonra tezislər ümumiləşdirilib,           təhlil ediləcək və bölmə rəhbərlərinə rəyə göndəriləcəkdir. Gecikdirilmiş tezislər təşkilat komitəsi tərəfindən qəbul olunmayacaqdır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.