Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib
Sen 05 , 2018 | 09:06 / Mühüm hadisələr
Oxunma ( 1889 )

Bu gün AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib. Şura sədri Fərid Mustafayev çıxış edərək gündəlikdə duran məsələlər haqqında məlumat verib. “Doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfrans”nın keçirilməsi haqqında məlumat iclas iştirakçılarına təqdim edilib. Qeyd edilib ki, konfransda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində fəlsəfə doktorları proqramı üzrə təhsil alan doktorantlar və tədqiqatçılar , o cümlədən əcnəbi doktorant və dissertantlat iştirak edə bilər. Daha sonra Şura sədri AMEA Fizika İnstitutun Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə oktyabr ayında keçirilməsi nəzərdə tutulan II Spartakiada haqqında danışıb və qeyd edib ki, yarışlar idmanın 4 növü (futbol, stolüstü tennis, şahmat və dama)  üzrə keçiriləcək.

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.