“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 67-ci kitabı dərc olunub
Sen 10 , 2018 | 10:04 / Elmi nəşrlər
Oxunma ( 2258 )

Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıbdır. Bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıbdır və aparırlar. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Bu, bəzilərinin, necə deyərlər, gözünü deşir. Biz bunu da bilirik. Əlbəttə, iqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq.

 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 67-ci kitabında yer alan və bütün dövrlər üçün aktual olan bu fikirlər dövlətimizin başçısının 2015-ci il yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqindən götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 67-ci kitabındakı materiallar 2015-ci ilin yanvarından mart ayınadək olan dövrü əhatə edir.

Nəşrdə Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərinə, orada bir sıra dövlət və hökumət başçıları, nüfuzlu şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlərə və apardığı danışıqlara dair materiallar, Forumun “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiyasında, Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimində çıxışlarının mətnləri toplanıb. Dövlətimizin başçısının Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfəri, konfrans çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda “dəyirmi masa”da çıxışı, “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində iştirakı barədə materiallar da kitaba daxil edilib. Azərbaycan Prezidentinin Bolqarıstana rəsmi səfəri zamanı iki dövlət arasında sənədlərin imzalanmasına, Bolqarıstanın Baş naziri ilə birgə mətbuat konfransında bəyanatına, Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfərinə, Türkiyəyə işgüzar səfəri zamanı keçirdiyi görüşlərə, eləcə də Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılış mərasimində, Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlqoyma mərasimində çıxışlarına dair informasiyalarla da bu cilddə tanış olmaq mümkündür.

Çoxcildliyin 67-ci kitabında Prezident İlham Əliyevin Azərbaycana rəsmi səfərə gəlmiş Pakistan Prezidenti ilə görüşünə, iki ölkə arasında sənədlərin imzalanmasına, mətbuata bəyanatına, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın “Hilal-e-Pakistan” ordeninin təqdim edilməsi mərasimində, Azərbaycan-Pakistan biznes-forumunda iştirakına dair materiallar toplanıb.

Azərbaycan Prezidentinin İran, Türkiyə, Rusiya, Fransa, ABŞ, Yunanıstan, Böyük Britaniya, Sloveniya və digər dövlətlərin, ATƏT, Avropa İttifaqı və AŞPA-nın ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, xarici ölkələrin Azərbaycanda təyin olunmuş səfirlərini qəbul etməsinə, Rusiyanın Bakıya gəlmiş bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşünə dair informasiyalar da nəşrdə yer alıb.

Bu kitabın əhatə etdiyi dövrün materialları sırasında, həmçinin “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı aparılan təşkilati işlər haqqında informasiyalar var.

Çoxcildliyin bu kitabına Prezident İlham Əliyevin Mingəçevir şəhərinə, Qusar və Bərdə rayonlarına səfərlərinə, bir sıra mühüm obyektlərin, o cümlədən “Şahdağ” Qış-Yay Turizm Kompleksinin 1 saylı kanat yolunun və xizək enişinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional “ASAN xidmət” Mərkəzinin açılışlarında iştirakına, bölgələrdə və paytaxtda sənaye və mədəniyyət müəssisələrində yenidənqurma işləri ilə tanışlığına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar daxil edilib.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də verilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.