“Science city” yaşayış kompleksində tikinti işləri sürətlə davam edir
Sen 12 , 2018 | 01:00 / Mühim hadisələr
Oxunma ( 20 )

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə (Science City) AMEA əməkdaşları üçün kooperativ yaşayış kompleksi tikilir. 7 hektarlıq ərazidə reallaşdırılacaq bu layihə çərçivəsində ümumulikdə 18 bloklu binanın tikilməsi planlaşdırılır.

Hazırda 12 mərtəbə, iki blok, 154 mənzildən ibarət olan ilk binanın beşinci mərtəbəsində tikinti işləri görülür.

Qeyd edək ki, ekoloji təmiz havası olan ərazidə yerləşən kompleksdə müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət, məktəb, uşaq bağçası və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

“Science City” yaşayış kompleksində mənzilə sahib olmaq istəyən şəxslər www.sciencecity.az  saytına daxil olaraq daha ətraflı məlumat əldə edə və elektron müraciət formasını doldura bilərlər.

Qeyd edək ki, mənzillər elm və təhsil sahəsində çalışan əməkdaşlara sərfəli şərtlərlə təklif olunur.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.