Fotos
AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşı beynəlxalq təlim kursunda iştirak edib
Sen 20 , 2018 | 01:43 /
Oxunma ( 2117 )

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının İnformasiya texnologiyaları və ictimiayyətlə əlaqələr şöbəsinin müdiri Yusif Abiyev Çin Xalq Respublikasında keçirilən “Botanika bağlarının inkişafı və idarəedilməsi” adlı beynəlxalq təlim kursunda iştirak etmişdir.

Beynəlxalq Botanika Bağları Assossasiyası, Çinin Elm və Texnologiya Nazirliyi və Şanxay Çensan Botanika Bağı tərəfindən təşkil edilən kurs nəzəri və praktiki hissədən ibarət olmaqla 20 gün müddətində davam etmişdir.

İnkişaf etməkdə olan ölkələrdə botanika bağlarının inkişafına dəstək məqsədi ilə təşkil olunmuş kursda mühazirələrlə yanaşı, Tianmu dağı, Çensan, Şanxay və Hangzou Botanika Bağlarına, Şanxay Təbii Tarix Muzeyinə, Fangta və Zuibaiçi Tarixi Milli Parklarına, Herbari fonduna, Toxum bankına, Bitki Elmləri Tədqiqat Mərkəzinə ekspedisiyalar həyata keçirilmişdir.

Həmçinin, Asiya ölkələrinin mədəniyyətinin tanıdılması və qarşılıqlı əlaqənin yaradılması məqsədi ilə Şanxay şəhərində təşkil olunmuş Beynəlxalq Etnobotanika Sərgisində Y.Abiyev “Azərbaycan xalqının mədəni həyatında bitkilərin istifadəsi” mövzusu ilə çıxış etmişdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.