Gənc doktorant ekoloji təmiz iqtisadiyyata keçid üzrə məşvərət görüşündə iştirak edib
Sen 18 , 2018 | 01:47 / Görüşlər
Oxunma ( 2709 )

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işçisi və doktorantı Günel Məmmədova Bakıda keçirilən Azərbaycanda ekoloji təmiz iqtisadiyyata keçid üzrə məşvərət görüşündə iştirak edib. Tədbir Avropa Birliyi tərəfindən maliyələşdirilən EU-SIM4NEXUS  layihəsi enerji, su, torpaq, ərzaq və iqlim dəyişmələri sahələrində siyasətin düzgün təşkili və informasiya, texnologiya sahəsində boşluqların aradan qaldırılması istiqamətinə yönəlmişdir.Ttədbirdə müvafiq enerji, su, torpaq, ərzaq və iqlim dəyişmələri sahələrində tendensiya və qarşılıqlı əlaqələrin təhlili istiqamətində təcrübələrini bölüşmək üçün dövlət qurumları və beynəlxalq təşkilatların əməkdaşları iştirak ediblər. Tədbirinin sonunda Günel Məmmədova  Sertifikatla mükalandırılıb.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.