AMEA Yüksək Texnologiyalar Parkı “ADEX-2018” sərgisində iştirak edib
Sen 27 , 2018 | 01:21 / Mühim hadisələr
Oxunma ( 49 )

Məlum olduğu kimi, 25-27 sentyabr 2018-ci il tarixlərində Bakıda Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə "ADEX-2018” üçüncü Beynəlxalq Müdafiə sərgisi keçirilib.

Regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olan genişmiqyaslı sərgidə ilk dəfə olaraq AMEA-nın Yüksək Texnologiyalar Parkı(YT Park) da iştirak edib. Sərgidə YT Parkın hərbi yönümlü məhsulları - pilotsuz uçan aparatlar (PUA), dronlar, minapartladan sistemlər, zirehli gödəkçələr, o cümlədən mülki yönümlü məhsulları nümayiş olunub.

YT Parkın nümayiş olunan məmulatlarına Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti ilə yanaşı, Pakistan, Sudan, Rusiya və digər ölkələrin nümayəndələri də xüsusi maraq göstəriblər.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.