Fotos
AMEA İdarəetmə Sistemləri İnstitutunun gənc alimi Belarusda beynəlxalq konfransda iştirak edib
Okt 01 , 2018 | 06:00 / Mühim hadisələr
Oxunma ( 169 )

24-29 sentyabr tarixlərində Minsk şəhərində Belarus Dövlət Universiteti və Belarus Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə akademik E.A. Barbaşinin 100 illik yubleyinə həsr olunmuş “Dinamik sistemlər: dayanıqlıq, idarəetmə, optimallaşdırma” (DSSCO’18) beynəlxalq elmi konfrans keçırilmişdir.

Beynəlxalq konfransda AMEA İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, aparıcı elmi işçi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəşad Məstəliyev də iştirak etmişdir.

Konfransda R.Məstəliyev «Необходимые условия оптимальности квазиособых управлений в стохастических системах Гурса-Дарбу» və «Необходимые условия  оптимальности для одного  класса стохастических систем с распределенными параметрами» mövzularında məruzələrlə çıxış etmişdir.

Hər iki məruzə konfrans iştirakçıları tərəfindən böyük marağa səbəb olmuş və mövzu ətrafında fikir mübadiləsi apparılmışdır.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.