AMEA-nın Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin Elmi şurasının birgə iclası keçirilib
Okt 03 , 2018 | 04:49 / Mühüm hadisələr
Oxunma ( 1904 )

Oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında AMEA-nın Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin Elmi şurasının birgə iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Daha sonra A.Əlizadə Prezident İlham Əliyevin 13 iyul 2018-ci il tarixli Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunan AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyevə döş nişanını təqdim edib.

Tədbirdə müzakirəyə çıxarılan ilk elmi-təşkilati məsələ AMEA-nın elmi müəssisələrində 2018-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlarla bağlı olub. Akademik Akif Əlizadə hesabatların işlənməsi üçün metodiki təlimatın hazırlandığını vurğulayaraq, hesabatların müəyyən olunmuş formalarda Rəyasət Heyəti aparatının müvafiq idarə və şöbələrinə təqdim etməyi tapşırıb.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin torpaq sahəsindən səmərəli istifadə edilməsi haqqında olub. Rəyasət Heyəti məsələ ilə bağlı müzakirə aparıb. AMEA-nın bağçılıq-bostançılıqla məşğul olmaq istəyən əməkdaşlarına müvəqqəti istifadə üçün torpaq sahələrinin ayrılması məqsədəuyğun hesab edilib. Bununla bağlı təkliflərə baxılması üçün komissiya yaradılıb.

Digər qərarla akademiyanın Rəyasət Heyəti və AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti arasında 2018-2020-ci illər üzrə kollektiv Saziş təsdiq edilib.

İclasda, həmçinin AMEA əməkdaşlarının sosial təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətin tərkib hissəsi olaraq onların istirahətinin səmərəli təşkili üçün binalardan effektiv istifadə edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Bundan əlavə, qərarla AMEA-nın Neft və QazTorpaqşünaslıq və Aqrokimya institutlarının strukturunda qismən dəyişiklik edilib. Həmçinin AMEA-nın Fiziologiya İnstitutunda İmmunofiziologiya və eksperimental transplantologiya laboratoriyası yaradılıb.

Rəyasət Heyəti AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropologiya Mərkəzinin yaradılması məsələsini müzakirə edərək təsdiq edib.

Sonda kadr məsələlərinə baxılıb. Aqrar elmlər üzrə fəlsəfə doktoru Teyyub Şükürov AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Quba bölgə təcrübə bazasının direktoru təyin edilib. Bundan başqa, AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinə də müvafiq kadrlar təyin olunub. Mərkəzin rəhbərinin vəzifə səlahiyyətlərinin icrası AMEA İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevə həvalə edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.