Gənc alimlər "Science City" layihəsilə bağlı ipoteka imkanının yaradılması üçün ölkə rəhbərliyinə müraciət ünvanlayıblar
Okt 04 , 2018 | 11:53 / Mühüm hadisələr
Oxunma ( 2038 )
Bu günlərdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ölkənin prezidenti cənab İlham Əliyevə və vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Abşeron rayonu Saray qəsəbəsində AMEA-nın əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan "Science City" yaşayış kompleksi üçün dövlət vəsaiti hesabına uzunmüddətli ipoteka kreditinin ayrılmasına dəstək vermələrilə bağlı müraciət ediblər.
Müraciətdə cənab prezident İlham Əliyevin respublikaya rəhbərliyik etdiyi dövrdə həyata keçirilən davamlı gənclər siyasəti və onun müsbət nəticələri, həmçinin 3000-dən çox elmlər və fəlsəfə doktorunu, magistr və tələbəni özündə birləşdirən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi-ictimai faəliyyətinın təşkilində daim bu siyasi iradəyə sadiqliqlik vurğulanır. Bundan başqa, gənc alim və mütəxəssislər həmin müraciət vasistəsilə qeyd edirlər ki, hazırda gənc alimlərin əksəriyyəti kirayələrdə, ağır sosial problemlər içərisində yaşamaqdadırlar. Hətta onların bəziləri mənzil-məişət problemi ilə əlaqədar elmdən uzaqlaşaraq məvacibi yüksək olan başqa sahələrdə çalışmaq məcburiyyətində qalırlar. Gənclər, AMEA-da çalışan alimlərin mənzil probleminin həlli məqsədilə salınmaqda olan "Science City" yaşayış kompleksinə böyük ümidlər bəsləsələr də təəssüf ki, aldıqları aylıq məvacib sözügedən kompleksdə də mənzil almaq imkanını tamamilə məhdudlaşdırır. Baxmayaraq ki, "Science City"də mənzillərin dəyərilə bağlı təklif olunan qiymətlər 1 kv. m üçün 430-470 manat təşkil edir. Bu da olduqca münasibdir. 
Gənc alimlər illərdir davam edən mənzilsizlik problemlərinin birdəfəlik həllində "Science City" yaşayış kompleksində mənzil sahibi olmaq arzusunda olan gənclər üçün dövlət vəsaiti hesabına ayrılacaq uzunmüddətli ipoteka kreditinə böyük ümidlər bəsləyirlər. Onlar ölkə rəhbərliyini əmin edirlər ki, intellektual gəncliyin avanqard qüvvəsi sayılan gənc alimlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların gələcək elmi-ictimai fəaliyyətlərində bütün potensiallarını, bilik və bacarıqlarını ölkəmizin elmi səviyyəsinin artırılmasına sərf edəcəklər. Bu da Azərbaycan elminin sürətli inkişafına təkan verəcək.
 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.