Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 5 illik yubileyi qeyd ediləcək
Okt 12 , 2018 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 2374 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) İdarə Heyətinin növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan Şura sədri, dosent Famin Salmanov gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, qeyd edib ki, bu il dekabr ayında GAMŞ-nın fəaliyyətə başlamasından 5 il başa çatır: "Akademiya rəhbərliyinin tövsiyyəsi ilə Şura bu dəfə geniş ictimayyətə yubiley hesabatı verəcək. Ötən dövr ərzində AMEA-nın elmi-ictimai fəaliyyətində, elmi gəncliklə bağlı Akademiya rəhbərliyinin müəyyənləşdirdiyi strategiyanın, demək olar ki, qarşıya qoyulan bütün əsas məsələlərin həyata keçirilməsində GAMŞ mühüm rol oynayıb. Hesab edirəm ki, bu işlərin ümumiləşdirilmiş şəkildə elmi ictimayyətə təqdim olunması məqsədəuyğundur. Eyni zamanda bütün bunlar buklet şəklində hazırlanıb nəşr ediləcək".

F.Salmanov noyabr ayında ənənəvi olaraq müvafiq bölmələr üzrə hesabatların dinləniləcəyini vurğuladı. Ona görə bütün institutlar üzrə yerli şuraların sədrlərinin hesabatları plan və qrafikə uyğun vaxtında hazırlayıb, müvafiq bölmə katiblərinə təqdim etməklərini tövsiyyə edib.

GAMŞ rəhbəri əsasnaməyə uyğun olaraq, institut və təşkilatlarda səlahiyyət müddəti başa çatmış yerli Şuralarda seçkilərin keçirilib, yaş senzinin nəzərə alınmaqla, İdarə heyətlərinin kəmiyyət və keyfiyyət tərkibinin yenilənməsinin, bu zaman fəal gənclərə, o cümlədən magistr və doktorantlara üstünlük verilməsinin zəruriliyini vurğulayıb. O, həmçinin magistratura təhsili həyata keçirən institutlarda yeni qəbul olunan magistrantlarla görüşələrin təşkil edilməsinin, onlara marifləndirmə məlumatların verilməsinin arzuolunan olduğunu diqqətə çatdırıb.

F.Salmanov gündəliyə salınan digər məsələlər - "Gənc tədqiqatçı" jurnalının növbəti sayına məqalə qəbulu, yaxın günlərdə Akademiyada keçiriləcək konfrans və tədbirlərdə gənclərin aktiv iştirakı və digər məsələlər haqqında məlumat verib.

Daha sonra AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu GAMŞ sədri, b.ü.f.d. Ulduzə Mehvaliyeva, AMEA Folklorşünaslıq İnstitutu GAMŞ sədri, fil.ü.f.d. Nail Qurbanov və başqaları müzakirə olunan məsələlər haqqında fikirlərini bildirib, təkliflərini veriblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.