Fotos
Gənc tədqiqatçıların 4 günlük beynəlxalq elmi konfrası işini uğurla başa vurub
Okt 24 , 2018 | 01:09 / Mühim hadisələr
Oxunma ( 378 )

Məlum olduğu kimi AMEA Geologiya və Geofizika İnstitutunda 23 oktyabr 2018-ci il tarixində Gənc Alim və Tələbələrin VII Beynəlxalq Elmi Konfransına start verilmişdir. AMEA Mərkəzi Elmi Kitabxanasında rəsmi açılış mərasimilə başlayan "Information technologies in solving modern problems of geology and geophysics" adlı konfrans, daha sonra Almaniyanın Martin Lüter Universitetinin tanınmış professorunun  təqdimatında “Master Class” formatlı seminarla işini davam etdirib.

Konfransın ikinci günündə dünyanın 10-dan çox ölkəsinin 150-dən çox gənc tədqiqatçıları Geologiya və Geofizika İnstitutunda dörd paralel sessiya üzrə məruzəçilərin elmi tədqiqat işlərinin nəticələrini müzakirə etmişlər. Həftə ərzində böyük auditoriyada poster məruzələrin təqdimatı da keçirilmişdir. 70-dən çox əcnəbi gənc tədqiqatçının iştirak etdiyi elmi müzakirələrin sonunda konfransın yekunlarına dair rəsmi bağlanış mərasimi baş tutmuşdur. Həmin iclasa sədrlik edən Elmi Təşkilat Komitəsinin sədri, akademik Əkpər Feyzullayev konfransda iştirak edən bütün gənclərə təşəkkür etmiş, bu elmi tədbirin həm statistik, həm də elmi mahiyyətinə görə əvvəlki keçirilən 6 konfransdan fərqləndiyini qeyd etmişdir. “Beynəlxalq konfransın işini yüksək qiymətləndirən akademik qeyd etmişdir ki, iki il müddətində bu tədbirin ərsəyə gəlməsi üçün böyük zəhmət sərf edən Elmi Təşkilat Komitəsi öz ümdə hədəflərinə nail olmuş, İnstitutun 80 illik yubileyi münasibətilə keçirilən bu tədbir Geologiya və Geofzika İnstitutunun şanlı tarixinə böyük bir töhfədir”. Bağlanış mərasimində söz alan xarici tədqiqatçılar da konfrans və Azərbaycanla bağlı maraqlı fikirlərini iştirakçıların diqqətinə çatdırmış, gələcəkdə də böyük ənənəyə malik belə beynalxalq statuslu tədbirin davam etdirilməsinin vacibliyini vurğulamşlar. Sonda bütün iştirakçılara sertifikatlar təqdim edilmiş və xatirə şəkli çəkilmişdir.

Dörd gün ərzində davam edən konfrans çərçivəsində Bakıya gəlmiş qonaqlar üçün, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq", “Qobustan Dövlət Tarixi-Bədii” qoruqlarına və Qobustanda yerləşən “Daşgil” palçıq vulkanına  ekskursiyalar təşkil olunmuşdur.

Sözügedən konfransın Elmi Təşkilat Komitəsinin həmsədri, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun məlumatına görə, elmi tədbirə SOCAR, BP və Total şirkətləri sponsorluq edib. Gənc alim qeyd edib ki, ümumilikdə sonuncu konfrans xarici iştirakçıların və məruzələrin sayı, həmçinin formatına görə, eyni zamanda təşkil olunması nöqteyi-nəzərdən ənənəvi keçirilən tədbirlərdən müsbət mənada xeyli fərqlənmişdir.    

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.