Tələbə, magistrant və doktorantların təqaüdləri artırılacaq
Okt 27 , 2018 | 10:59 /
Oxunma ( 2030 )
Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq. Bu barədə ölkənin 2019-cu il üzrə büdcə zərfində qeyd olunub. Sənədə görə, 2019-cu ildə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistrantlarının və doktorantlarının təqaüdü, ali məktəb tələbələri üçün Prezident təqaüdü, Prezidentin fərdi təqaüdü və fəxri adlara görə təqaüdün məbləği artırılacaq.
Məlumat üçün bildirək ki, 2019-cu il üçün tələbə təqaüdlərinin ödənilməsinə ümumilikdə 189,5 milyon manat vəsait ayrılacaq. 
Dövlət İmtahan Mərkəzinə isə 8 milyon manat vəsait ayrılması nəzərdə tutulub. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.