Fotos
Gənc kimyaçı mütəxəssisə “Akademik Murtuza Nağıyev” adına mükafat təqdim olunub
Okt 31 , 2018 | 04:12 / Elmi müsabiqələr
Oxunma ( 2289 )

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Akademik Murtuza Nağıyev” adına mükafatın təqdimetmə mərasimi baş tutub.

Tədbir görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Nağıyevin anadan olmasının 110 illiyinə həsr edilən konfransın davamı olaraq keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq mükafatın 2013-cü ildən etibarən hər il kimya elmində nailiyyəti olan və fərqlənən gənclərə verildiyini bildirib. Qeyd edib ki, mükafatın təşkili ilə bağlı institutda komissiya yaradılıb, iddiaçı gənclərin məruzələri qiymətləndirmədən keçirilib. Akademik qiymətləndirmə zamanı gənclərin son iki ildə xaricdə və ölkə ərazisində çap olunmuş elmi məqalələrinin, o cümlədən tezislərinin əsas götürüldüyünü diqqətə çatdırıb.

Daha sonra mükafat uğrunda mübarizə aparan beş gənc alim və mütəxəssisin məruzələri dinlənilib, geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrdən sonra müsabiqənin qalibinin adı açıqlanıb. İnstitutun elmi işçisi İlahə Mehdiyeva elmi fəaliyyətində fərqləndiyinə görə, “Akademik Murtuza Nağıyev” adına mükafata layiq görülüb.

Akademik D.Tağıyev qalibə diplomunu təqdim edib, digər 4 gənc isə həvəsləndirici mükafatla təltif olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.