Fotos
Gənc kimyaçı alim Almaniyanın Karlsruher Texnologiya İnstitutunda elmi ezamiyyətdə olmuşdur
Noy 01 , 2018 | 12:26 / Mühüm hadisələr
Oxunma ( 2180 )

 

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alimi - kimya üzrə fəlsəfə doktoru, a.e.i. Şamo Tapdıqovun 18.10.2018 tarixindən 28.10.2018-dək Almaniyanın Karlsruher Texnologiya İnstitutunda elmi ezamiyyətdə olmuşdur. O, ezamiyyət dövründə Karlsruhe Texnologiya İnstitutunun Texnoloji və Polimerlər Kimyası departamentinin rəhbəri prof. Patrick Theatonun tədqiqat qrupu və onların həyata keçirdikləri elmi-tədqiqat işləri ilə tanış olub. Şamo Tapdıqov seminar mühazirələri, hidrogellərin sintezi və onların dərman preparatlarının daşınmasında rolu mövzusunda müzakirələrə qatılıb, magistr və doktorantların həftəlik dinləmələrində iştirak edib. Həmçinin, İnstitutun Qərb Şöbəsində zədələnmiş DNT fraqmentlərinin bərpası üçün qısa zəncirli polipeptidlərin sintezi, zədələnmiş sahəyə daxil edilməsi və xitozan əsaslı hidrogellərin yaradılması kimi sintez prosesləri və onlar üzərində aparılan analiz və ekstraksiya proseslərinin aparılmasında iştirak edib. Bundan başqa O, Karlsruhe Texnologiya İnstitunun Texnoloji və Polimerlər Kimyası departamentində Azərbaycan haqqında, AMEA akad. M.Nağıyev ad. KQÜKİ-nun elmi fəaliyyəti, hazırki yerli və beynəlxalq elmi-tədqiqat layihələri, nəticələr, elmi nəşrlər barəsində prezentasiya etmişdir.

Ezamiyyət «Polimer əsaslı nanogellərin alınması və onların dərman preparatlarının daşıyıcısı kimi xərçəng xəstəliklərinin müalicəsində tətbiqi» elmi tədqiqat proqramı üzrə həyata keçirilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.