AMEA Kataliz və Qeyri-üzvi kimya İnstitutun gənc alimi VIII Dünya Kimya və Üzvi Kimya Konqresində iştirak etmişdir
Noy 01 , 2018 | 01:19 / Mühüm hadisələr
Oxunma ( 1990 )

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutun gənc alimi - kimya üzrə fəlsəfə doktoru, a.e.i. Şamo Tapdıqov 22 Oktyabr Almaniyanın Frankfurt şəhərində keçirilən VIII Dünya Kimya və Üzvi Kimya Konqresində iştirak etmişdir. 

Şamo Tapdıqov konqresdə «Polimer əsaslı nanogellərin alınması və onların dərman preparatlarının daşıyıcısı kimi xərçəng xəstəliklərinin müalicəsində tətbiqi» elmi tədqiqat proqramı üzrə «So-alkilləşmə metodu ilə N-metl N-benzil xitozanın sintezi və kimyəvi strukturunun tədqiqi» mövzusunda məruzə ilə çıxış etmişdir. Konqres zamanı maraqlı sual və çıxışlar təşkil edilmiş, eləcədə, ABŞ, Türkiyə, Misir, İtaliya kimi ölkələrdən konqresə qatılan tədqiqatçılar ilə tanışlıq olmuş və gələcək əməkdaşlıq üçün perspektivlər müzakirə edilmişdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.