Fotos
GƏNCLƏRİN ELMİ SEMİNARINDA AZƏRBAYCANIN QARA ŞİSTLƏRİNƏ DAİR MƏRUZƏ DİNLƏNİLİB
Noy 08 , 2018 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2322 )
AMEA Geologiya və Geofizika İnstitutunun “Gənc alim və mütəxəssislərin elmi seminarı”nda 8 noyabr tarixində sayca 7-ci elmi seminar keçirilib. Seminarda İnstitutun “Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası” şöbəsinin kiçik elmi işçi, II kurs dissertant Tellər Qədirovanın “Təbii suların Duruca zonasının qara şistlərində kimyəvi elementlərin miqrasiyasına təsiri” adlı məruzəsi müzakirə olunub.
Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının, həmçinin sözügedən seminarın sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, ilk öncə, İnstitutun 80 illiyilə əlaqədar bu ayın 15 noyabr tarixində AMEA-da təşkil olunacaq tədbirin təşkilində qarşıda duran vəzifələr haqqında söz açaraq yubiley konfrasında  gənclərin fəallığının vacib olduğunu bildirib. Sədr qeyd edib ki, yubileylə bağlı İnstitutda silsilə tədbirlər həyata keçirilir ki, oktyabr ayının 15-19 tarixlərində paytaxtda gənc alim və tədqiqatçılar üçün təşkil olunan sayca 7-ci beynəlxalq elmi konfras da gənclərin böyük tarixi və ənənəsi olan Geologiya və Geofizika İnstitutunun yubileyinə böyük töhfəsidir. 
Daha sonra məruzə edən Tellər Qədirova tədqiqat obyekti üzrə qara şistlərin yayılma qanunauyğunluqları, ətraflı mineraloji-kimyəvi xüsusiyyəti, həmçinin tətbiqi üzrə proqnozlaşdırılan perspektivlərindən bəhs edən tədqiqatının nəticələri haqqında İnstitutun çoxsaylı gənclərinin iştirak etdiyi seminarda məlumat verib. O, bu istiqamətdə aparılan tədqiqatların və qara şistlərin geniş yayıldığı bəzi ölkələrin mütəxəssislərinin əldə edikləri nəticələri ilə bağlı apardığı müqayisəli təhlillər haqqında gənc tədqiqatçıları tanış etmiş, elmi yeniliklərini xüsusi vurğulamışdır. Məruzə haqqında yaranan suallar məruzəçi tərəfindən cavablandırılaraq seminar işini sona çatdırıb.  
 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.