Fotos
AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasında gənc alim və mütəxəssislərin hesabatı dinlənilib
Noy 12 , 2018 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2045 )

8 noyabr 2018-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.  İclasda İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının illik hesabatı dinlənilib. Hesabat məruzəsi ilə çıxış edən Şura sədri, dosent Famil Seyfullayev bildirib ki, rəhbərlik etdiyi Şuranın gənc alim və mütəxəssislərin həm elmi, həm də ictimai fəaliyyəti uğurlu olub. Belə ki, İnstitutun ayrı-ayrı gəncləri dünyanın aparıcı elmi mərkəzlərində keçirilən beynəlxalq konfranslarda iştirak etmişlər, əldə etdikləri elmi nəticələr isə nüfuzlu jurnallarda və konfrans materiallarında çap olunmuşdur. Eyni zamanda riyaziyyatçı və mexanik gənc mütəxəssislər müxtəlif qrant layihələrində iştirak etməklə eli inkişafa öz təhvələrini verməkdədirlər.

O, Akademiyada həyata keçirilən elmin təbliği və populyarlığının artırılmasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun gənc alimləri yaxından iştirak edir. O, qeyd edib ki, il ərzində istedadlə məktəblilərin  İnstitutda "Açıq qapı" günlərinin təşkil olunduğunu, balaca istedadların İnstitutn elmi potensialı ilə yaxından tanış olmasında Şuranın böyük rol oynadığını diqqətə çatdırıb.
Sonra F.Seyfullayev Elmi Şura üzvlərin suallarını cavablandırmışdır.
İnstitut direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov Şuranın fəaliyyətini qənaətbəxş hesab etmiş, gələcək fəaliyyətinin gücləndirilməsi üçün öz tövsiyylərini vermişdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.