Fotos
AMEA Riyaziyyat və Mexanika İnstitutunda məktəblilərin “Açıq qapı” günlərinə başlanılıb
Noy 14 , 2018 | 12:40 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2124 )

AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutu rəhbərliyi və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bu elmi müəssisədə Bakı şəhəri, Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin şagirdləri üçün “Açıq qapı” günü keçirilib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov şagirdlərlə görüşdə ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanların yaradıldığını söyləyib. Son illərdə AMEA-da bu istiqamətdə mühüm işlərin görüldüyünü deyən alim “Açıq qapı” gününün keçirilməsində əsas məqsədin şagirdlərin riyazi dünyagörüşünün formalaşdırılması, onlarda riyaziyyat elminə marağın artırılması olduğunu bildirib.

Görüşdə, həmçinin məktəbin direktoru Sevinc Abbasova, həmin müəssisənin müəllimləri - Dünyamin Yəhyayev, Aygün İsgəndərova, Peykər Həsənova və institutun əməkdaşları -  professor Məmməd Bayramoğlu, f-r.ü.f.d. dos. Vidadi Mirzəyev, f-r.ü.f.d. Əbdürrəhim Quliyev və r.ü.f.d Eminağa Məmmədov çıxış edərək 162 nömrəli tam orta məktəbdə riyaziyyat dərslərinin təşkili məsələləri ilə bağlı fikir və təkliflərini bildiriblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.