AMEA Aşqarlar Kimyası İnstitutunun qocaman alimləri mükafatlandırıldı
Noy 14 , 2018 | 04:04 /
Oxunma ( 1621 )

Bu gün AMEA Aşqarlar Kimyası İnstitutunun Azad Həmkarlar Təşkilatı tərəfindən İnstitutda çalışan, uzunmüddətli və səmərəli fəaliyyətinə görə yaşı 80-i keçən bir qrup alimə Fəxri fərman və pul mükafatının təqdimetmə marasimi keçrilib. Belə ki, İnstitutun "Aşqarların texnologiyası" laboratoriyasının müdiri, texnika üzrə elmlər doktoru Davud Həsənovun 86, "Korroziya inhibitorları" laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, professor Fikrət Məmmədov, "Yanacaq aşqarları" laboratoriyasının baş elmi işçiləri - kimya üzrə elmlər doktoru, professor İdris Əhmədov və kimya üzrə fəlsəfə doktoru, dosent Nüsrət Əliyevin isə 80 yaşı tamam olduğu üçün AMEA Azad Həmkarlar İttifaqının Fəxri Fərman və pul mükafatlarına layiq görülüblər. İnstitutn Elmi Şurasında yubiliyarlara diplomlar təqdim olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.