“Radiasiya prosesləri və onlarin tətbiqi” mövzusunda Beynəlxalq Konfransında gənc tədqiqatçıların ixtisaslaşmış sesiyası təşkil olunub
Noy 14 , 2018 | 04:24 / Mühüm hadisələr
Oxunma ( 1811 )

13-14 noyabr 2018-ci il tarixində AMEA Radiasiya Problemləri İnstitutunda Akademik M.K.Kərimovun anadan olmasının 70 illiyinə həsr olunmuş “Radiasiya prosesləri və onlarin tətbiqi” mövzusunda Beynəlxalq Konfransı çərçivəsində gənc tədqiqatçıların ixtisaslaşmış sesiyası təşkil olunub. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanovun moderatorluğu ilə keçirilən seksiyada 10-dan çox gənc tədqiqatçının elmin aktual problemlərinə həsr olunan məruzələri dinlənilib, geniş fikir mübadiləsi aparılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.