Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunda laboratoriyaların 2018-ci il üzrə illik hesabatına başlanılıb
Noy 16 , 2018 | 02:23 / Mühüm hadisələr
Oxunma ( 1792 )

Bu gün AMEA Aşqarlar Kimyası İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. 12 noyabr 2018-ci il tarixdən start götürən laboratoriyalar üzrə hesabat məruzələri davam etdirilib. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev giriş nitqi ilə çıxış edərək, istər yüksəkixtisaslı və magistr kadr hazırlığı, istərsə də yüksək impakt faktorlu nüfuzlu jurnallarda məqalə çapı və qrant layihələrində iştirak baxımından bu dəfəki hesabat ilinin İnstitut həyatında məhsuldar olduğunu diqqətə çatdırdı. O ümumilikdə bu il institut əməkdaşlarından 2 nəfərin elmlər doktorluğu 1 nəfərin fəlsəfə doktorluğu, 1 nəfərin magistr dissertasiya işini müdafiə etdiyini, 2 nəfərin isə əsas müdafiə ərəfəsində olduğunu qeyd etdi.

V.Fərzəliyev İnstitutun beynəlxalq əlaqələrinin də daha da inkişaf etdiyini, müştərək beynəlxalq tədqiqatların genişləndiyini, hazırda 3 müştərək beynəlxalq qrant layihəsi çərçivəsində birgə tədqiqatların aparıldığını və yüksək nəticələr əldə olduğunu vurğuladı. 
Akademik görülən işləri qənaətbəxş hesab etsə də, fundamental nəzəri-təcrübi və tətbiqi tədqiqatların bundan sonra da genişləndirilməsinin zəruriliyini diqqətə çatdırdı.
Sonra İnstitutun 7 saylı laqboratoriyasının aparıcı elmi işçisi, dosent Nüsrət Əliyev, 8 saylı laboratoriyanın müdiri, professor Pərvin Məmmədova və 9 saylı laboratoriyanın müdir əvəzi, dosent Əfsun Sucayev hesabat məruzələri ilə çıxış etdilər və sualları cavablandırdılar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.