Fotos
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda gənc alimlərə "İlin gənc alimi" diplomu təqdim olunub
Noy 21 , 2018 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 2281 )
14 noyabr 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib. 
İclasın sədri AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru, akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 ildə keçdiyi şərəfli yola nəzər salıb, müəssisənin görkəmli alimlərinin Azərbaycan ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrdən danışmışdır. Akademik İsa Həbibbəyli gənclərin Akademiyanın elmi, ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirib.
Sonra akademik İsa Həbibbəyli ədəbiyyatşünaslıq elmi sahəsində 2018-ci ildə səmərəli fəaliyyətə görə "İLİN GƏNC ALİMİ" nominasiyası üzrə qaliblər - fil.f.d., dosent Şəmil Sadiqov, fil.f.d. Töhfə Talıbova və fil.f.d. Aynurə Paşayevanı mükafatlandırılıb. 
Qaliblər akademik İsa Həbibbəyliyə öz minnətdarlıqlarını bildirdilər.
 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.