Fotos
AMEA Geologiya və Geofizika İnstitutunun Elmi şurasında gənclərin 2018-ci il fəaliyyətinə dair hesabat dinlənilib
Noy 30 , 2018 | 10:44 / Mühim hadisələr
Oxunma ( 106 )

30 noyabr 2018-ci il tarixində AMEA Geologiya və Geofizika İnstitutunun cari ildə sonuncu Elmi şurası keçrilib. Elmi şuranın gündəiyində bir sıra məslələlərlə yanaşı, İnstitutda çalışan gənclərin 2018-ci ildə elmi-ictimai fəaliyyətinin nəticələrinə dair hesabatın dinlənilməsi nəzərdə tutulmuşdur.

Bu elmi tədqiqat müəssisəsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun təqdimatında baş tutan hesabatməruzəsində gənclərin hesabat ili üzrə fəaliyyəti geniş müzakirə olunub.

Şura sədri hesabatda İnstitut rəhbərliyi tərəfindən təsdiqlənmiş illik plana uyğun təşkil olunan gənc alim və mütəxəssislərin elmi seminarları, il ərzində bir sıra nüfuzlu beynəlxalq tədbirlərdə iştirak, həmçinin cari ilin oktyabr ayında Şura tərəfindən təşkil olunmuş gənc alim və tələbələrin “Geologiya və geofizika elminin müasir problemlərinin həllində informasiya texnologiyaları” adlı VII beynəlxalq elmi konfrans haqqında Elmi Şura üzvlərini məlumatlandırıb.

O, qeyd edib ki, cari ildə gənclərin 93 elmi əsəri, o cümlədən “Web of Science” və “Scopus” bazalarında referatlaşmış 9 məqalələri çap olunub ki, bu da keçən illə müqayisədə xeyli yaxşı göstəricidir. Hesabatda həmçinin gənclərin elmin təbliği və təşviqi, İnstitutda həyata keçirilən gənclər siyasəti istiqamətində KİV-də və sosial şəbəkələrdə təşkil olunan təbliğatın nəticələri də qeyd olunub.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.