Fotos
AMEA Memarlıq və İncəsənət institutunda “City art” layihəsinin təqdimatı olub
Dek 05 , 2018 | 03:00 / Mühim hadisələr
Oxunma ( 28 )

Azərbaycanda ilk dəfə elmi əsasları olan şəhər incəsənətinə (city-art) həsr olunmuş layihə və bu layihənin I hissəsi - “Qədim şəhərin müasir çaları ol!” adlı təsviri və tətbiqi incəsənət müsabiqəsi “City Art Azerbaijan” yaradıcı qrupunun təşəbbüsü ilə 2018-ci ilin noyabr ayındanstart götürmüşdür.

Layihə Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Universiteti, Qobustan Milli Tarixi-bədii qoruğu, Mirzə Ələkbər Sabir Fondu və “Azərbaycan Arxeoloqlar Cəmiyyəti” ictimai birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

Layihənin ilkin olaraq AMEA-nın müxbir üzvü, professor, sənətşünaslıq doktoru Ərtegin Salamzadənin rəhbərliyi və təşkilatçılığı  ilə AMEA-nın Memarlıq və İncəsənət institutunda mütəxəssislər qrupuna təqdimatı keçirildi. İştirakçıların xüsusi maraqla qarşıladığı bu təqdimatda layihənin aktuallığı və milli tarixin təbliğindəki əhəmiyyəti vurğulandı. Layihə çərçivəsində Xəzər Universitetində  də baş tutan tədbirdə  layihənin elmi məsələlər üzrə rəhbəri, MATM-nin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov və layihənin media məsələləri üzrə rəhbəri, Azərbaycan Fotoqrafları Birliyinin üzvü Nurlan Tahirli Xəzər Universitetinin Təhsil fakültəsinin layihədə könüllü olaraq iştirak edən tələbələri üçün şəhər incəsənəti layihəsi çərçivəsində “Photo art” mövzusunda geniş təqdimat və diskussiya keçirtdilər.

Tədbirlərdə layihənin ideya müəllifi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı O.A. Zamanov, layihənin texniki işlər üzrə rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Cahangir Əhmədov,  layihənin Yaradıcı qrupunun rəhbəri və üzvü memar Adil Zeynalov və heykəltəraş Məmməd Rəşidov “Azərbaycanın şəhər incəsənəti” (City Art Azerbaijan) layihəsi nümayəndələri kimi  iştirak etmiş və geniş fikir mübadiləsi aparmışlar. Tədbirdə həmçinin fotoqrafiya tarixi, onun inkişaf tendensiyası, incəsənətin bir qoluna çevrilməsi barədə və foto incəsənətinin tarixi mənbə rolundan da bəhs olundu.

Layihənin müsabiqə mərhələsinin başlıca məqsədi bacarıqlı və istedadlı gənclərin üzə çıxarılmasından ibarətdir. Bu məqsədlə layihənin rəhbərliyi, başda  Qobustan Milli Tarixi-bədii qoruğunun baş rəssamı Səidə Musayeva və Xəzər Universitetinin aparıcı müəllimi, rəssam-dizayneri Anar Əsədov tərəfindən sosial media və mətbuatda təbliğat-təşviqat işləri aparılır. Müsabiqənin şərtləri və gedişatı barədə ətraflı məlumatı layihənin “Şəhər incəsənəti-City Art” rəsmi facebook səhifəsindən ( https://www.facebook.com/cityartbaku/ )  əldə etmək olar. 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.