“İdeya var!” gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinə start verilib
Dek 06 , 2018 | 02:43 / Mühüm hadisələr
Oxunma ( 2425 )

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi “İdeya var!” gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinə start verib. Müsabiqənin keçirilməsinin əsas məqsədi gənclərin elmi və yaradıcılıq  fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onların tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdır. Nazirlikdən verilən məlumata görə, “İdeya var!” gənclərin Il Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsi (bundan sonra – Müsabiqə) “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda təsbit edilmiş vəzifələrin və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.10.1 (Gənclərin intellektual inkişafa və elmi fəaliyyətə həvəsləndirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi) bəndinin icrası məqsədi ilə həyata keçirilir.

 

Müsabiqə «Texniki innovasiyalar», «Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar », «İstehsalat texnologiyaları və sənaye infrastruktu. Canlı sistemlər, nəqliyyat sistemləri» və «Sosial sahə və təhsil» olmaqla 4 nominasiya üzrə aparılır. Bir layihə yalnız bir nominasiyada qalib seçilə bilər.

 

Layihələrin qiymətləndirilməsi Təşkilat Komitəsi tərəfindən yaradılmış Münsiflər Heyəti tərəfindən aparılacaq. Münsiflər Heyəti layihələri aşağıda göstərilən meyarlar əsasında qiymətləndiriləcək. Bunlar aktuallıq, yenilikçilik və innovativ yanaşma, reallaşdırılmasının mümkünlüyü, problemin aydın qoyuluşu və həllinin məntiqli izahı, orijinallıq, effektivliyin (nəticənin sərf edilmiş vaxt/vəsait nisbəti) qiymətləndirilməsindən ibarətdir.  Müsabiqə 1-17 dekabr 2018-cı il tarixlərində keçirilir. Layihələr 17 dekabr 2018-ci il tarixədək Gənclər və İdman Nazirliyi (212-ci otaq, Günay Rəhimova) təqdim edilməlidir.

 

Müsabiqənin ümumi mükafat fondu 4000 (dörd min) manat təşkil edir. Hər nominasiya üzrə 1-ci yerin qalibi 500 (beş yüz) manat, 2-ci yerin qalibi 300 (üç yüz) manat və 3- cü yerin qalibi 200 (iki yüz) manat məbləğində pul mükafatı ilə təltif ediləcəkdir. Ən uğurlu bir və ya bir neçə layihənin həyata keçirilməsi Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənə bilinər. Ən uğurlu layihələr 25 dekabr 2018-ci il tarixində keçiriləcək sərgidə nümayiş ediləcəkdir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.