Fotos
Kimyaçı alimlər İtaliyada elmi ezamiyyətdə olmuşlar
Dek 10 , 2018 | 07:35 / Mühim hadisələr
Oxunma ( 105 )

AMEA Kataliz və Qeyri üzvi Kimya İnstitutunun əməkdaşları k.ü.e.d. Nizami Zeynalov və k.ü.f.d. Şamo Tapdıqov İtaliyada Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunda 03.12.2018-dən 07.12.2018 tarixinə qədər elmi ezamiyyətdə olmuşlar. Ezamiyyət AMEA və İtaliya Milli Tədqiqatlar Şurasının (CNR) birgə dəstəklədiyi "L-tiroksinin xitozanın N-trimetil yodlu törəməsinə inkapsullaşdırılması və onun uzun müddət nəzarətli ayrılmasının in vivo bioloji tədqiqi" adlı qrant layihəsi çərçivəsində həyata keçirilmişdir. Layihə əsasında sintez olunmuş N-trimetil xitozan xlorid, xitozanın poli-N-vinilpirrolidon və poli-4-vinilpiridin ilə calaq sopolimeri və bu calaq sopolimer mühitində stabilləşdirilən selen nanohissəcikləri saxlayan nümunələrin FT-İR, SEM, TEM, DLS ilə spektroskopik və morfoloji xarakteristikaları, sitotoksiki və bioloji analizləri tədqiq olunmuşdur. Ezamiyyət dövründə N.Zeynalov və Ş.Tapdıqov həmçinin, Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun digər tədqiqat laboratoriyalarında olmuş, ordakı müasir avadanlıq və elmi-tədqiqat işləri ilə tanış olmuş, İtaliya tərəfdən layihə rəhbəri olan Dr. Maria Grazia Rauccinin tədqiqat işləri barəsində olan məruzəsini dinləmış  və layihənin növbəti il üçün tapşırıq və planlarını müzakirə etmişlər.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.