Məktəblilərimiz Yeniyetmələrin XV Beynəlxalq Elm Olimpiadasında böyük uğur qazanıblar
Dek 11 , 2018 | 11:47 / Elmi müsabiqələr
Oxunma ( 105 )

Botsvana Respublikasında Yeniyetmələrin XV Beynəlxalq Elm Olimpiadası keçirilib. Olimpiada fizika, kimya, biologiya üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında üç mərhələdə təşkil olunub. İştirakçıların ilk iki mərhələdə nəzəri bilikləri, üçüncü mərhələdə isə praktiki bacarıqları yoxlanılıb.

Dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi olimpiadada Azərbaycanı 6 şagird təmsil edib və onlar 5 bürünc medal qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü respublika liseyinin IX sinif şagirdi Sədiyar Qafarov, Fizika, riyaziyyat və infomratika təmayüllü liseyin X sinif şagirdi Məhəmməd Yusifov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin IX sinif şagirdi Xanım Yaqublu və X sinif şagirdi Əjdər Fərzullazadə, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın IX sinif şagirdi Murad Bəşirov bürünc medallara layiq görülüblər.

Qeyd edək ki, 2004-cü ildən sözügedən olimpiadada iştirak edən məktəblilərimiz bu günə qədər 4 gümüş, 38 bürünc olmaqla 42 medal qazanıblar.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.