AMEA Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr və üzvlər seçilib
Dek 15 , 2018 | 06:22 / Mühüm hadisələr
Oxunma ( 1768 )

AMEA Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə institutun gənc əməkdaşları iştirak ediblər. İclası giriş sözü ilə elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq İnstitutda gənc kadrlara xüsusi önəm verilməsindən, gənclərin elmə cəlb olunması sahəsində görülən mühüm işlərdən və gələcəkdə gənclərin bilik və çalşqanlıq göstərməsinin vacibliyindən söhbət açıb.

Sonra İnstitutun Gənc alim və mütəxəssislər şurasının sədri b.ü.f.d. Vüsalə Xəlilzadə 2018-ci ildə institutun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti haqqında hesabatı təqdim edib. Məruzə dinlənildikdən sonra, səsləndirilən bu və ya digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə namizədlər səsvermə yolu ilə şuraya yeni sədr və üzvlər seçiliblər. İnstitutun doktorantı Aytən Səfərova Şuranın yeni sədri olub, idarə heyətinə isə 5 nəfərdən ibarət üzv seçilib.

Sonda P. Muradov Gənc Alim və Mütəxəssislər Şuranın yeni tərkibdə yaradılan üzvlərini təbrik edərək uğurlar arzuladı və fəaliyyətlərinin gücləndirilməsi, innovativ yönümlü tədqiqat işlərinin aparılması və digər məsələlərlə bağlı tapşırıqlar verib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.