Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib
Yan 18 , 2019 | 05:01 / Mühüm hadisələr
Oxunma ( 2020 )

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının və Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu  ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə İnstitut əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının, vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə İnstitutun direktoru müavini,a.e.ü.f.d Qoşqar Məmmədov açıb. Daha sonra İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev,   Həmkarlar İttifaqının sədri a.e.ü.f.d. Məmməd Məmmədov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Fərid Mustafayev, Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin üzvləri Vüsalə İsaqova və Leyla Babayeva çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə acı ilə xatırlanacaq gün deyil həm də, millətimizin mənliyini və mətinliyini, qəhrəmanlığını nümayiş etdirməyi bacardığı gündür. Bu faciənin bəşər tarixində qara səhifə olaraq qalacağını və xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu bildirdi. Tədbirin sonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən video rolik nümayiş olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.