AMEA-nın 2 gənci "İlin gənci" mükafatına layiq görülüb
Fev 04 , 2019 | 12:31 / Elmi müsabiqələr
Oxunma ( 2337 )

Azərbaycan Gəncləri Günü Respublikamızda geniş qeyd olunur, bu münasibət ilə müxtəlif tədbirlər keçirilir. Hər il Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi istedadlı və yaradıcı gəncləri mükafatlandırır. Onların sırasında 2018-ci ildə memarlıq, təsviri sənət, musiqi, teatr, ədəbiyyat, ictimai fəaliyyət, elm, təhsil sahələrində fərqlənən və elmi nailiyyətlərinə görə təltif olunan aşağıdakı gənc alimlər də vardır:
 Mirzəyeva Səmra Tahir qızı - AMEA-nın Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi;
 İskəndərli Günay Yavər qızı - AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.