AMEA İdarəetmə Sistemləri İnstitutunun alimləri Təhsil Nazirliyinin "Sabah" qruplarında bilik yarışı təşkil edəcək
Fev 07 , 2019 | 04:16 / Mühüm hadisələr
Oxunma ( 1863 )

6 fevral 2019-cu il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun bir qrup alimi  Təhsil Nazirliyində görüş keçiriblər. Görüşdə İnstitutun baş elmi işçisi, prof. Ramin Rzayev, İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri dos. Rəşad Məstəliyev, şuranın üzvləri - dos. Anar Rəhimov, dos. Elşən İbayev iştirak edib. Onlar Nazirliyin tədris məsələləri üzrə meneceri Eldar Qocayevlə SABAH qruplarında bilik yarışlarının təşkili və digər gələcək perspektiv əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.