Fotos
Gənc alim və mütəxəssislər şurasının növbəti iclası keçirildi
Apr 01 , 2014 | 03:00 / Mühüm hadisələr
Oxunma ( 2349 )

Bu gün AMEA-nın Əsas binasında Gənc alim və mütəxəssislər şurasının növbəti yığıncağı keçirildi.

Tədbiri giriş sözü ilə açan Gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov gündəlikdə duran məsələlər haqqında məlumat verdi.

Sonra çıxış edən AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Mehrac Abbasov Avropa Komissiyasının “Mariya Sklodovskaya-Küri” və “Erasmus Mundus” proqramlarından söz açdı. Sədr qeyd etdi ki, Avropa Komissiyası elmin və təhsilin inkişafı üçün hər il xeyli miqdarda vəsait ayırır. Ayrılan vəsaitlər çərçivəsində müxtəlif proqramlar elan olunur. Bildirdi ki, bu proqramlar vasitəsi ilə Azərbaycan alimlərinin Avropada iştirak etmək imkanına malikdir. Daha sonra o, təqdimatlar əsasında VI-VII çərçivə proqramları ilə bağlı çıxış etdi.

“Bakı Elm Festivalı-2014” adlı məruzə ilə çıxış edən AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının “İnnovasiya şöbəsi”nin mütəxəssisi Samir Vəliyev AMEA institut və təşkilatlarının festivala dair fəaliyyət planını təqdim etdi. O, festivalın təşkili və iştirak məsələləri üçün hər bir elmi müəssisə tərəfindən məsul şəxsin müəyyənləşdirilməsi, elmin ictimaiyyət üçün populyar qaydada təqdim edilməsi üçün iş proqramlarının hazırlanması, təqdimatın təşkilat komitəsinə göndərilməsi və s. məsələlər haqda məlumat verdi.

Tədbirin sonunda Gənc alim və mütəxəssislər şurasının loqosu haqqında təkliflər irəli sürüldü. Bundan başqa, Azərbaycan və ingilis dillərində çap olunacaq gənclər jurnalına “Gənc tədqiqatçı” adının verilməsi haqda qərar qəbul olundu.

 science.az

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.