Bakı Dövlət Universitetində Gənc alim və mütəxəssislər şurasının seminarı keçirildi
May 26 , 2014 | 10:31 / Mühüm hadisələr
Oxunma ( 2373 )

 Bu gün Bakı Dövlət Universitetində “Şərqşünaslıq” fakültəsində AMEA Gənc alim və mütəxəssislər şurasının “Respublikamızda radiasiya təhlükəsizliyi, Radiasiya dostdur yoxsa düşmən?!” adlı seminarı keçirildi.

Seminar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), AMEA Gənc alim və mütəxəssislər şurası və Bakı Dövlət Universitetinin birgə təşkilati dəstəyi ilə keçirilmişdir.

Giriş sözü ilə çıxış edən ATGTİ-nin Elm və təhsil departamentinin direktoru Əzizə Nəcəfova öncə gündəlikdə duran məsələlərlə bağlı açıqlama verdi. Sonra Ə.Nəcəfova radiasiya problemləri və hadisələri haqqında danışdı. Bildirdi ki, qloballaşan müasir dünyada bir neçə təhlükə hökm sürməkdədir. Buna səbəb qlobal istiləşmə, buzlaqların əriməsi, enerji təhlükəsi, radiasiya problemləridir. Qeyd etdi ki, tədbirin əsas məqsədi məhz bu problemlərə aydınlıq gətirməkdən ibarətdir.

Tədbirdə ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdiyev ittifaq haqqında məlumat verdi. Bildirdi ki, ATGTİ respublikada yerləşən bütün ali və orta ixtisas təhsil müəssisələrində tələbə və gənclər təşkilatlarını özündə əks etdirən bir qurumdur. Hazırda bu quruma paytaxtla yanaşı, ümumi regiondan 109 tələbə təşkilatı daxil olmuşdur. O bildirdi ki, ittifaqın əsas fəaliyyəti tələbələrdən gələn təkliflər əsasında formalaşmışdır.

Sonra çıxış edən f.e.d. Fəxrəndə Əlimərdanova şurasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi adından çıxış etdi. Qeyd ki, şura artıq 4 aydır ki, təsis olunub. AMEA-nın elmi-tədqiqat müəssisələrinin gənc alim və mütəxəssisləri tərəfindən təşkil olunmuş bu təsisat qısa müddət ərzində ətrafında 2500-dən çox gənc tədqiqatçı toplaya bilmişdir. Təsisatın profilinə və hədəflərinə müvafiq olaraq elmi-ictimai fəaliyyəti məqsədəuyğun təşkil etmək və genişləndirmək məqsədi qarşıya yeni tələblər qoymuşdur. Bildirdi ki, bununla bağlı, şuranın ilk fəaliyyəti Azərbaycanda böyük nüfuz qazanmış gənclər təşkilatları ilə əməkdaşlığa dair razılaşmanı əldə etmək olmuşdur. Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı ilə müştərək işbirliyində məhz bu amil həlledici rol oynamışdır.

Tədbirdə, həmçinin AMEA-nın Radiasiya Problemləri İnstitutunun kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev təqdimatla çıxış etdi.

science.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.