Fotos
GAMŞ İdarə heyətinin monitorinq qrupu AMEA Dendrologiya İnstitutunda oldu
İyl 17 , 2014 | 04:48 / Monitorinq
Oxunma ( 693 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) İdarə heyətinin monitorinq qrupunun növbəti görüşü AMEA Dendrologiya İnstitutunda keçirildi.

Görüşdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zaman Məmmədov rəhbərlik etdiyi şuranın 2014-cü ildəki fəaliyyəti haqqında məlumat verdi.

AMEA GAMŞ-nin sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanovakademiya üzrə həyata keçirilən gənclər siyasəti və son dövrlərdə bu istiqamətdə görülən işlərin müsbət nəticələrindən danışdı. Qeyd etdi ki, gənc alim və mütəxəssislərin elmi-tədqiqat işlərinin nəticələri ilə yalnız ölkə daxilində deyil, eyni zamanda beynəlxalq səviyyədə də tanış olmaq imkanları yaradılacaq. Sədr şuranın bu yaxınlarda işıq üzü görəcək nəşrinin ilk nömrəsində gənc dendroloqların da elmi əsərlərinin dərc olunmasını məqsədəuyğun hesab etdiyini vurğuladı.

Şuranın monitorinq qrupunun rəhbəri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayevinstitutda gənclərin fəaliyyəti üçün geniş imkanların olduğunu qeyd etdi, monitorinqdə gənclər tərəfindən səsləndirilən zəruri təkliflərin akademiya rəhbərliyi qarşısında qaldırılacağını söylədi.

İnstitutun gənc mütəxəssisləri Elnarə SalahovaSamirə Bağırova və digərləri qrant layihələrində gənclərin iştirakının təmin olunmasını, onların qısamüddətli təcrübələrə cəlb edilməsi və digər məsələlərlə bağlı təkliflərini səsləndirdilər.

Şuranın idarə heyətinin üzvü, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru İzzət Talıbovdendroloq gənclərin fəaliyyətinin yalnız institut daxilində deyil, akademiya miqyasında olmasının zəruriliyini vurğuladı.

İnstitutun direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov akademiya rəhbərliyi tərəfindən gənclərə böyük önəm verildiyini, rəhbərlik etdiyi təşkilatda bundan sonra da gənc tədqiqatçıların fəaliyyətinin stimullaşdırılması məqsədilə müxtəlif tədbirlərin görüləcəyinə əminliyini ifadə etdi.

science.az

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.