Fotos
Aşqarlar Kimyası İnstitutunda Kaspi Təhsil Mərkəzinin məktəbliləri üçün “Açıq qapı” təşkil olunub
Apr 22 , 2015 | 04:36 / ELMİN TƏBLİĞİ
Oxunma ( 3406 )

AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) “Açıq qapı” günləri təşkil olunub. AKİ Gənc Alim və Mütəxəssislər Şurasının Kaspi Təhsil Mərkəzi ilə əldə etdiyi razılığa uyğun olaraq, Mərkəzin bir qrup şagirdləri İnstitutla yaxından tanış olublar. Şagirdlərlə görüş keçirən İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev rəhbərlik etdiyi qurumun fəaliyət istiqamətləri haqqında məlumat verərək bildirib ki, İnstitutda sürtgü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksional  təsirli aşqarların sintezinin elmi əsaslarının yaradılması, alınma texnologiyasının işlənib hazırlanması, müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması sahəsində fundamental  tədqiqatlar aparılır. O məktəblilərin qavradığı əyani nümunələr üzərində, asan dildə izah edərək qeyd edib ki, bu elm ocağında alınan müxtəlif funksional təsirə malik yüksək təsirli yeni aşqarlar oksidləşmə, korroziya, yeyilmə, siyrilməyə qarşı, özlülük,  bioloji zədələnmənin qarşısını almaqda tətbiq olunurn və digər aşqarlar sintez edilmişdir.

Sonra məktəblilər İnstitutun laboratoriyalarını gəzərək, müasir cihaz və avadanlıqlarla yaxından tanış olublar. AKİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev və laboratoriya müdiri, texnika üzrə elmlər doktoru Maya Əliyeva laboratoriyalarda istifadə olunan sintez və fiziki-kimyəvi analiz cihazları haqqında məlumat verdilər.

İnstitutun kiçik elmi işçisi Sevinc Qocayeva məktəblilər üçün əylənçəli təcrübələr nümayiş etdirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.