Fotos
AMEA Gənc Alim və Mütəxəssilərinin II Futbol Çempionatının qrup oyunlarına start verildi
Apr 27 , 2015 | 03:49 / İdman yarışları
Oxunma ( 4491 )

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsinin və Azad Həmkarlar İttifaqının dəstəyilə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş  AMEA Gənc Alim və Mütəxəssilərinin II Futbol Çempionatının açılışı olub.

AMEA-nın şəhərciyində yerləşən stadionda baş tutan açılışda ilk nitqi  söyləyən Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov sayca ikinci çempionatın başlamsı münasibətilə komandaları təbrik edib. Sədr keçirilən çempionatın ümummilli liderimiz Heydər Əliyevin doğum gününə həsr olunmasını heç də təsadüfdən irəli gəlmədiyini vurğulayıb. O, Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın bütün sahələrində, o cümlədən idmanda qazanılan nailiyyətlərdən bəhs edərək vurğulayıb ki,  son illər bu sahadə əldə olunan uğurlar, eləcə də Bakının bir sıra beynəlxalq statuslu idman yarışlarına, həmçinin yeni start götürəcək “Bakı Avropa Oyunları – 2015”ə ev sahibliyi etməsi ulu öndərin siyasi xəttinin məntiqi davamıdır.

Daha sonra ,  AMEA İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev və Azad Həmkarlar İttifaqının sədri  İsa Alıyev və Şəhərciyin direktoru Nazim Sadıqov təbrik çıxışı edərək bütün iştirak edəcək komandalara müvəfəqiyyətlər arzulayıblar.

AFFA-nın peşəkar hakimləri tərəfindən idarə olunan açılış oynunda, ilk olaraq meydana keçən çempionatın qalibi Geologiya və Geofizika İnstitunun komandası ilə Kataliz Qeyri-üzvi Kimya İnstitutunun komandası çıxıb. Daha sonra Riyaziyyat Mexanika – İqtisadiyyat, Genetik Ehtiyatlar – İnformasiya Texnologiyaları və Fizika – Sənaye Təcrübə Zavodu elmi-tədqiqat müəsissələrinin komandaları qrup oyunlarında mübarizəyə qoşulublar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.