Fotos
AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssisləri Ümumşəhər seminarı keçirilib
Apr 28 , 2015 | 04:14 / Mühüm hadisələr
Oxunma ( 5755 )

Aprelin 25-də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə Gəncə şəhərində "Gənclərin potensialından elmi əsaslarla istifadənin beynəlxalq təcrübəsi" adlı seminar keçirilib. Bu tədbir AMEA Gəncə Bölməsi Gənc Alim və Mütəxəssislər Şurasının elmi təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin,”Gəncə Avropanın Gənclər Paytaxtı-2016” İctimai Birliyinin birgə iştirakı ilə  təşkil edilmişdir.

Seminarda Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, YAP Gəncə şəhər Təşkilatının məsul işçiləri, moderator  qismində elm üzrə Prezident  mükafatçısı, AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov və şəhərin müxtəlif ali təhsil ocaqları, elmi-tədqiqat müəssisələrini təmsil edən fəal gənclər  iştirak etmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.