Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Kütlə spektroskopiyası “ üzrə seminar keçiriləcək
Apr 28 , 2015 | 04:24 /
Oxunma ( 4757 )

Aprelin 29-da  saat 10.00-da  AMEA  akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Gənc Alim və Mütəxəsisslər Şurası və elektronika sahəsində dünyanın aparıcı şirkətlərindən  olan  OPTEK  şirkəti ilə birgə “Kütlə spektroskopiyası “ üzrə seminar keçiriləcək. Seminarda  şirkəıtin Fransadan olan aparıcı mütəxəssisləri Yevgeniy Norman və  Filipp Salo məruzə ilə çıxış edəcəklər.

Təşkil olunan seminarda AMEA-nın KEB İnstitutlarının,Geologiya və Geofizika  Fizika , Radiasiya Problemləri İnstitutlarının, həmçinin Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının  gənc alim və mütəxəssislərinin  iştirakı gözlənilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.