Fotos
AMEA Gənc alim və mütəxəssislər şurasının səyyar iclası keçirildi
İyn 17 , 2014 | 03:00 / Monitorinq
Oxunma ( 606 )

İyunun 17-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Gənc alim və mütəxəssislər şurasının səyyar iclası keçirildi. 

AMEA Gənc alim və mütəxəssislər şurasının üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət Proqramının qarşıya qoyduğu vəzifələrdən danışaraq akademiyada aparılan islahatların əsas hədəflərindən birinin gənclər siyasətinin yenidən qurulması olduğunu qeyd etdi. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin tövsiyə və təkliflərini şura üzvlərinə çatdıran alim bildirdi ki, gənclərin sosiallaşmasına, onların elmi əməkdaşlıq və qarşılıqlı ünsiyyətinə xidmət edən mühitin yaradılmasına nail olmaq AMEA rəhbərliyinin əsas məqsədlərindən biridir. AMEA-da həyata keçirilən muxtəlif tədbirlərdən söhbət açan AMEA-nın akademik-katibi bugünkü iclasın gündəliyində duran məsələlərin müzakirəsinin Akademiya həyatında gənclərin aktivliyinin təmin olunmasına, onların fəaliyyət istiqamətlərinin daha konkret və aydın qurulmasına öz töhfəsini verəcəyini diqqətə çatdırdı. 

Birdirdi ki, AMEA-da dünyanın aparıcı elmi-tədqiqat institut və mərkəzləri, nüfuzlu universitetlərlə əməkdaşlıq əlaqələrinin, innovativ bilik və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinə xüsusi önəm verilir: "Bu gün gənc alim və mütəxəssislərin təhsillərini davam etdirməsi və təcrübə toplaması üçün məqsədyönlü işlər aparılır, beynəlxalq əlaqələr genişləndirilir. Biz ümid edirik ki, AMEA-da aparılan bu siyasət Azərbaycan gəncliyinin dünya elminə inteqrasiya olunmasına geniş imkanlar yaradacaq".

Tədbirdə çıxış edən AMEA Gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov son dövrlərdə AMEA-da gənclərə göstərilən qayğı və diqqətdən, Şuranın həyata keçirdiyi müxtəlif layihə və proqramlardan danışdı. Qeyd etdi ki, Gənc alim və mütəxəssilər şurasının illik fəaliyyət planı onun əsas proqramına çevriləcək, həyata keçirilməsi nəzərdə tutulan hər bir tədbir Akademiyanın, bütövlükdə isə dövlətin gənclər siyasətinin əsas ideyasına xidmət edəcəkdir. F.Salmanovun sözlərinə görə, regionlarda elmin təbliği, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, konfrans və elmi simpoziumların təşkili, gənc alimlərin elmi fəaliyyət və nailiyyətlərinin ictimailəşdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili və s. kimi tədbirlər fəaliyyət planının aparıcı xəttini təşkil edir. 

Sonra AMEA Gənc alim və mütəxəssislər şurasının illik fəaliyyət planının müzakirəsi keçirildi. Çıxış edən AMEA-nın müxbir üzvü Rasim Əliquliyev elmi fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, dünyanın aparıcı elmi universitetlərinə inteqrasiya, elm və təhsil arasında qarşılıqlı əlaqənin gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlıq istiqamətlərinə xüsusi diqqət yetirilməli olduğunu vurğuladı. Qeyd etdi ki, gənc alimlərin multi konfranslarının təşkil olunması, elmin populyarlaşdırılması və təbliği, elmi biliklərin yayılması kimi tədbirlərin icrasına gənc alimlərin daha mütəşəkkil şəkildə cəlb olunması Şuranın əsas fəaliyyət istiqamətinə çevrilməlidir. 

Fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrin nəzərə alınaraq AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim olunması məqsədəuyğun hesab edildi. Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən işlənilmiş “Gənc alim" analitik-informasiya sisteminin təqdimatı da keçirildi. Texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifli qeyd etdi ki, sistemə akademiya üzrə yaşı 40-a qədər olan 2938 nəfər əməkdaş haqqında informasiya daxil edilmişdir. Daha sonra o, analitik-informasiya sisteminə daxil edilən məlumatların gənc alim və mütəxəssislərin yaş tərkibi, gender tərkibi, ailə vəziyyəti, mənzil təminatı, bitirdikləri ali təhsil müəssisələri, alimlərin elmi əsərləri, dil və kompüter bilikləri, iş təcrübəsi və s. üzrə aparılmış emalın nəticələrini iclas iştirakçılarının diqqətinə çatdırdı. 

Sonda tədbir iştirakçıları İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya, E-kitabxana və Multimedia mərkəzləri, AzScienceNet elm kompüter şəbəkəsi ilə tanış oldular. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.