AMEA Kimya Problemləri İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi
Noy 22 , 2013 | 11:00 / Mühüm hadisələr
Oxunma ( 2653 )

Bu gün AMEA akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.

İclası giriş sözü ilə açan institutun direktoru, akademik Ağadadaş Əliyev gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini, onların elmi və ictimai-siyasi fəaliyyətlərinin dəyərləndirildiyini bildirdi.

AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü ildə keçirilmiş iclasında Gənc alim və mütəxəssislər şurasının yaradılmasına dair qərarın qəbul olunduğunu söyləyən A.Əliyev şuranın gənclərin daha səmərəli fəaliyyət göstərməsinə geniş imkanlar yaradacağını qeyd etdi.

İclasın gündəliyinə müvafiq olaraq institutun yeni yaradılacaq Gənc alim və mütəxəssislər şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildi.

Tərkibi 13 nəfərdən ibarət olmaqla kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov Şuranın sədri, Ülvi Nəcəf-Quliyev sədr müavini, kimya üzrə fəlsəfə doktoru Ülviyyə Məmmədova isə katib seçildilər.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.