AMEA-nın Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir
Noy 13 , 2013 | 03:00 / Mühüm hadisələr
Oxunma ( 2688 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunda (AKİ) Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir.

Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə institutun elmi işlər üzrə direktor müavini, professor Mirzə Mövsümzadə AMEA Rəyasət Heyətinin Gənc Alim və Mütəxəssislər Şurasının yaradılmasına dair qərarı haqqında məlumat vermişdir.

Tədbirdə kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev gənclərin elmdə qazandığı nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, hazırda AKİ-də 28 gənc mütəxəssis çalışır ki, bu da institutun ümumi işçilərinin 15-20 faizini təşkil edir. Son bir ildə gənc alimlərin 10-a yaxın elmi məqaləsi Böyük Britaniya , ABŞ, Türkiyə, Çexiya və Rusiyanın impakt faktoru olan jurnallarında dərc olunmuşdur. Gənc kimyaçı alimlərimizin xaricdə təcrübə mübadiləsi keçməsi işlərinə də başlanılmışdır. Artıq dekabr ayında 2 gənc alim Türkiyənin Orta Doğu Texniki Universitetinə ezam olunacaq, əldə etdikləri bilikləri burada öz tədqiqatlarında tətbiq edə biləcəklər.

Sonra institutun yeni yaradılan Gənc Alim və Mütəxəssislər Şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçilmişlər.

Tərkibi 7 nəfərdən ibarət olmaqla Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əfsun Sucayev, sədr müavinləri Aysel Rəhimova, Natavan Talışova seçilmişlər. AMEA Gənc Alim və Mütəxəssislər Şurasına 3 namizəd irəli sürülmüşdür.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.